IQNA

Fələstin müqaviməti Sudanın dövlət başçısının Netanyahu ilə görüşməsini qınadı

20:59 - February 04, 2020
Xəbər sayı: 3486622
Sudan Dövlət Rəhbərliyi Şurasının başçısı general Əbdülfəttah Əl-Burhanın İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə Uqandada görüşməsinə Fələstindən reaksiyalar gecikməyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sudan Dövlət Rəhbərliyi Şurasının başçısı general Əbdülfəttah Əl-Burhanın İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə Uqandada görüşməsinə Fələstindən reaksiyalar gecikməyib.

Fələstinin xalqının İslami Müqavimət hərəkatlarından HƏMAS-ın sözçüsü Hazim Qasım mətbuata verdiyi açıqlamasında belə deyib: “Bu, münasibətlərin normallaşması görüşləri işğalçını, Fələstin xalqına qarşı etdiyi cinayətləri və təcavüzlərini davam etdirməyə və ərəb və İslam millətinin müqəddəsliklərini pozmağa təşviq edir. Həmçinin işğalçı və ABŞ rəhbərliyini xalqımızın qanuni hüquqlarını tanımamasına imkan yaradır.

Sionist rejimin işğalının ərəblərin milli təhlükəsizliyinə ən böyük təhdid olduğunu və Fələstin xalqının tarixi haqlarına qarşı təcavüz olduğunu vurğulayan HƏMAS-ın sözçüsü, deyib ki, buna görə yalnız işğala və genişlənmə ambisiyalarına xidmət edən və ərəb xalqlarının mənafelərinə və onların milli təhlükəsizliyinə zidd olan normallaşma görüşləri mütləq dayandırılmalıdır.

Fələstinin İslami Cihad hərəkatı yazılı bəyanat verərək, Sudan rəhbərliyinin cinayətkar sionist düşmənlə görüşməsini sərt şəkildə pisləyib: “Bu görüş Fələstin idealı və müqavimətini ən çox dəstəkləyən Sudan xalqının təbii və tanınmış mövqeyini ifadə etmir”.

Bəyanatda bu günahkar görüşün Sudanın əsl ərəblilik mövqeyinə və sionist düşməni ilə hər hansı bir əlaqəni rədd etməklə bağlı prinsiplərinə zidd olduğunu bildirib.

İslami Cihad Sudan xalqını, canlı qüvvələrini və azad inqilabçıları bu görüşü rədd edib qınamağa və əsl Sudanın mövqeyinə nüfuz etmək üçün edilən istənilən bir cəhd qarşısında dayanmağa səsləyib.

Fələstin Xalq Qurtuluş Cəbhəsi də Burhan ilə Netanyahunun görüşünü qınayıb və qardaş Sudan xalqını və onların milli hərəkatını bu toplantını qınamağa və ardınca gedəcək addımlara qarşı çıxmağa dəvət edib.

Bəyanatda belə qeyd olunub: “Bu görüşün Əsrin müqaviləsini rədd edən Ərəb Dövlətləri Liqası (ƏDL) xarici işlər nazirlərinin toplantısının başa çatmasından bir gün sonra keçirilməsi, bəzi ərəb rejimlərinin Fələstin və ərəb hüquqları ilə bağlı elan etdiyi mövqelərin yalan olduğunu təsdiqləyir.

Bu ərəb millətinin ali maraqlarına, Fələstin idealının ləğvi və sionist varlığı ilə ərəb normallaşmasına yönəlmiş düşmənin siyasət və planlara tabe olmağın dərəcəsini göstərir”.

Bu arada, Fələstin Qurtuluş Təşkilatının baş katibi və Fələstinin baş müzakirəçisi Saib Ureykat belə bir bəyanat verib: “Bu görüş Tramp rəhbərliyi ilə Netanyahunun Fələstin məsələsini aradan aparmağa, işğal altındakı Qolan yüksəkliklərində olduğu kimi Əl-Əqsa məscidi, Qüds, Qiyamət kilsəsi və işğal altındakı Fələstin torpaqlarını ilhaq etməyə çalışdığı bir vaxtda Fələstin xalqını kürəyindən bıçaqlamaq və Ərəb sülh təşəbbüsündən açıq-aşkar çıxmaqdır”.

Fələstinin ərəb məsələsi olduğuna diqqəti çəkən Ureykat, kimsənin mənfəətləri uğruna Fələstin xalqının qanuni haqqlarını alver məsələsi edə bilməyəcəyini qeyd edib.

https://iqna.ir/fa/news/3876319

Teqlər: uqanda ، iqna ، sudan ، israil ، netanyahu
captcha