İraqın Həşduş-Şəəbi Təşkilatının (Xalq Könüllüləri Təşkilatı) silahlı güclərinin qərargah rəisinin müavini vəzifəsinə Əbdül-Əziz Əbu Fədək seçkilib.
İndiyədək İraqın HİZBULLAH taborlarından birinin rəisi vəzifəsində çalışan Əbdül-Əziz Əbu Fədək Məhəmmədavi şəhid Əbu Mehdi Mühəndisi əvəz edəcək.
Ötən gün Həşduş-Şəəbi Təşkilatının rəyasət heyətində iclas keçirilib və iclasda Əbu Fədəkin şəhid Əbu Mehdi Mühəndisi əvəz etməsi haqqında qərar qəul olunub.
Bildirilir ki, yaxın iki gün ərzində İraq Silahlı Qüvvələrinin komandanı Əbu Fədəkin bu vəzifəyə təyin olunması haqqında sərəncam imzalayacaq.
Qeyd edək ki, yanvar ayının əvvəlində Bağdadın hava limanı ətrafında ABŞ təyyarələri iki maşına hava zərbələri endiriblər. ABŞ-ın terror hücumu nəticəsində Qasim Süleymani və İraqın Həşdi Şəbi Qüvvələrinin rəhbər müavini Əbu-Mehdi əl-Muhandis və onlarla birgə 10 nəfər şəhid olub.