IQNA

BMT: Yəməndə döyüş başlayanı 4 milyon insan qaçqın düşüb

23:28 - February 29, 2020
Xəbər sayı: 3486784
Tehran (IQNA) -  BMT-nin illik hesabatında Səudiyyə koalisiyasının Yəmənə təcavüzü nəticəsində 4 milyon insanın qaçqın və didərgin düşüyünü yazıb.

Bu barədə "almawqeapost" informasiya portalı məlumat yayıb. Bu məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu həftənin Cümə günü (28 Fevral 2020) illik hesabat yayıb. Hesabatda Yəməndə yaradılmış beş illik müharibənin acı nəticələri açıqlanıb.

Hesabatda deyilir ki, Yəmən xalqı dünyanın ən faicəli insani böhranını yaşayır. Səudiyyə Ərəbistanın bu ölkəyə cinayətkar təcavüzü nəticəsində 4 milyon yəmənli didərgin düşüb.

Yəmənin Əynəl-İnsani adlı insan hüquqları və inkişaf mərkəzi 1800 gün ərzində Yəmənə qarşı amansız ABŞ-Səudiyyə rejimi-BƏƏ təcavüzünün qurbanlarının statistikasını açıqlayıb.

Mərkəzin dərc etdiyi hesabatında, Yəmənə təcavüzkar hücumların başladığı gündən indiyə qədər 42505 yəmənlinin həlak olduğunu və yaralandığını açıqlayıb.

Yəmənə qarşı işğalçı hücumlarını davam etdirən ABŞ-Səudiyyə rejimi-BƏƏ koalisiyasının 1800 gün ərzində 3718-si uşaq, 2352-si qadın olmaqla 16593-dən çox yəmənlinin öldürüldüyünü, 3927-si uşaq və 2713-ü də qadın olmaqla ən azı 25912 nəfərin yaralandığını bildirib.

3882132

 

Teqlər: yəmən ، bmt ، husi
captcha