IQNA

 İmam Rzanın (ə) hərəmi bu gün açılacaq

8:03 - May 25, 2020
Xəbər sayı: 3487287
Tehran (IQNA) -  Həzrət İmam Rzanın (ə) müqəddəs hərəminin idarə heyəti bu gün (25 May 2020) müqəddəs hərəmin ziyarətçilər üçün açılacağını elan edib.

Həzrət İmam Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəminin idarə heyətinin açıqlamasında bildirilib ki, zəvvarlar hərəmi günün müəyyən saatlarında ziyarət edə biləcəklər.

Ziyarət zamanı zəvvarlar koronavirusa qarşı önləmə tədbirlərinə riayət etməlidirlər.

Əziz zəvvarlar hərəmin işçilərinin xəbərdarlıqlarına əməl etməli və öz aralarında fiziki fasiləni qorumalıdır.

Maska və əlcək taxmaq və əlləri tez-tez yumaq, asqırar və öskürərkən ağızı tutmaq zəruridir. Görüşmək və öpüşmək qadağandır.

Zəvvarlar özləri üçün şəxsi dua və Quran kitabı, səccadə və möhür gətirməlidirlər.

Müqəddəs hərəmin qapıları hər gün səhər çağı, Günəşin çıxdığı andan bir saat sonrayadək və günün ikinci yarısında Günəşin qürub etməsinə bir saat qalmış zəvvarların üzünə açıq olacaqdır.    

3901090

captcha