IQNA

Malaziyanın Saravak məscidində camaat namazı qılınacaq

8:19 - June 10, 2020
Xəbər sayı: 3487375
Tehran (IQNA) -  Malaziyanın Saravak əyalətinin müsəlmanları bu həftədən etibarən koronavirusa qarşı önləyici tədbirlərə riayət etməklə beş vaxt namazlarını məscidlərdə qıla biləcəklər.

Ötən gün (9 İyun 2020) Malaziyanın Saravak əyalətinin İslam Şurasının sədri Datuk Misnu Taha bu barədə məlumat verib.

O deyib: Bu gündən (9 İyun 2020) müsəlmanlar namazlarını məscidlərdə qıla bilərlər. Bu şərtlə ki, bir dəfədə namazqılanların sayı 40 nəfərdən çox olmasın.

Həmçinin həftənin Cümə günü (12 İyun 2020) namazqılanların sayı 100 nəfərdən çox olmaması şərti ilə Cümə namazı da qıla bilərlər. Məscidlər kiçik olarsa, namazqılanların sayı ona uyğun olaraq azaldılmalıdır.

Saravak əyalətinin müftisi Datuk Kabli Yasin deyib: Məscidlərin nəzarət komitəsi namazqılanların məscidlərə necə daxil olmasına və sanitariya qaydlarına riayət etmələrinə nəzarət etməlidir. Bu barədə göstərişlər və tövsiyələr yazılı şəkildə məscidlərə paylanacaq. 3903889

captcha