IQNA

İran Azərbaycanla turizm əlaqələrini bərpa etmək niyyətindədir

10:32 - June 17, 2020
Xəbər sayı: 3487419
Rəsmi Tehran iyul ayının sonunda Bakı ilə turizm əlaqələrini bərpa etmək niyyətindədir”. - bunu İran Mədəni İrs, Əl işləri sənayesi və turizm məsələləri üzrə sədr müavini Vəliyullah Teymuri deyib.
“Rəsmi Tehran iyul ayının sonunda Bakı ilə turizm əlaqələrini bərpa etmək niyyətindədir”. - bunu APA-nın Tehran bürosuna İran Mədəni İrs, Əl işləri sənayesi və Turizm Təşkilatının turizm məsələləri üzrə sədr müavini Vəliyullah Teymuri deyib.
O deyib ki, iyul ayının 20-dən sonra turistlərin gediş-gəlişi mümkün ola bilər: “Ümid edirik ki, həmin tarixdən Azərbaycan və İran arasında turistlərin gediş gəlişini təmin edə biləcəyik”.
O deyib ki, həm Azərbaycan, həm də İran tərəfi səhiyyə protokollarına əməl edərək  sərhədlərin açılmasına razıdır.
Teqlər: apa ، turizm ، iran ، ziyarət ، sərhəd açılır
captcha