IQNA

Sionist rejim hərbçilərinin atəş açması nəticəsində bir fələstinli şəhid edilib

10:00 - June 24, 2020
Xəbər sayı: 3487464
Sionist rejim hərbçilərinin işğal olunmuş ərazilərin şərqindəki Əbudis kəndinə hücumu nəticəsində bir fələstinli şəhid edilib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir, sionist hərbçiləri fələstinli vətəndaşın avtomobillə onlara hücum edib onları vurmaq istədiyini iddia ediblər.

Bəzi xəbər mənbələri də İsrail hərbçilərinin dünən Əbudis kəndinə etdiyi hücumunda ən azı iki fələstinlinin yaralandığını bildiriblər.

Son aylarda fələstinlilərin Qərb sahilinin 30 faizini işğal olunmuş ərazilərə ilhaq etmək planının icrasına israr etdiyi üçün sionist rejimə qarşı etirazları artıbdır və bunun fonunda sionist rejim də fələstinlilərə qarşı şiddəti artırıbdır.

captcha