IQNA

5-ci İslam Həmrəyliyi oyunları 2021-ci ilin sentyabrında keçiriləcək

11:35 - June 29, 2020
Xəbər sayı: 3487508
İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Əlaqələndirmə Şurasının İstanbuldakı oyunların Təşkilat Komitəsi ilə birgə növbəti videokonfransı keçirilib.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az"a istinadla xəbər verir ki, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Əlaqələndirmə Şurasının İstanbuldakı oyunların Təşkilat Komitəsi ilə birgə növbəti videokonfransı keçirilib. 
Onlayn toplantıda müzakirələr zamanı pandemiyanın bütün sahələrə, o cümlədən idman sahəsinə təsiri, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin 5-ci İslam Həmrəyliyi oyunlarının 10-19 sentyabr 2021-ci il tarixdə İstanbulda keçirilməsi dəqiqləşdirilib.
Bununla əlaqədar idman obyektlərinin cari vəziyyətinə nəzər salınmış, pandemiyanın zərərli təsirlərini minimuma endirərək, infrastrukturun hazır duruma gətirilməsinin vacibliyi diqqətə çatdırılıb.
captcha