IQNA

İran filmi Türkiyə Film Festivalında mükafata layiq görülüb

13:57 - December 07, 2020
Xəbər sayı: 3488801
İranın "Gecə növbəsi" filmi Türkiyənin "Hak-iş" Beynəlxalq Qısa Film Festivalında ən yaxşı xarici film mükafatına layiq görülüb.

Beynəxlaq Quran Xəbər Agentliyi(İQNA) SəhərAzəri-yə istinadla xəbər verir, Əşkan Hatəminin çəkdiyi "Gecə növbəsi" filmi Türkiyənin 9-cu qısametrajlı film festivalında 120 ölkədən göndərilən 4 min 217 film arasında ən yaxşı xarici film nominasiyası üzrə qalib olub.

"Gecə növbəsi" tibb bacısı işləyən bir anadan bəhs edir ki, koronavirus pandemiyasının yaratdığı çətin şəraitdə qızını tək qoyur və koronavirusla mübarizə üzrə öz insani və vəzifə borcunu yerinə yetirmək üçün xəstəxanada çalışır və sonda özü də koronavirusa yoluxub, şəhid olur.

Bu festival dekabrın 3-də Ankara şəhərində keçirilib.

Teqlər: iran ، film ، türkiyə ، film festivalı
captcha