IQNA

Sinqapur İslami meyarlara uyğun gəzintisi gəmisini istifadəyə verdi

21:56 - December 12, 2020
Xəbər sayı: 3488835
Tehran (IQNA) -  Sinqapur İslami meyarlara uyğun, halal turizm qaydaları əsasında, həmçinin namazxana ilə təchiz edilmiş gəzinti gəmisini (səyahət gəmisi) müsəlman turistlərin istifadəsinə verib.

Sinqapur İslami meyarlara uyğun, halal turizm qaydaları əsasında, həmçinin namazxana ilə təchiz edilmiş gəzinti gəmisini (kruiz, əyləncəli səyahət gəmisi) müsəlman turistlərin istifadəsinə verib.

Sinqapurun "World Dream" adlanan bu əyləncəli səyahət gəmisi İslami ölkələrin halal turizm standartlarına nəzarət edən "Standards and Metrology Institute for the Islamic Countries" tərəfindən təsdiq edilmiş meyarlara uyğun fəaliyyət edəcəkdir.

Gəminin İslami meyarlara uyğun təchiz edilməsini Sinqapurun Halal Sənayeinin İnkişafı Müəssisəsi təsdiq və təyid etmişdir.

Halal səyahət gəmisinin fəaliyyətinə dünyada halal fəaliyyətlərin reytinqinə nəzarət edən "Crescent Rating" şirkəti də "beş aypara" ilə halal fəaliyyətə münasib hesab edərək icazə vermişdir. Şirkət elan edib ki, tarixdə ilk dəfədir ki, bir gəmi üçün halal fəaliyyət lisenziyası verir.

Qeyd edək ki, bu gəmi Noyabr ayının 6-da ilk dəfə Sinqapur bəndərində fəaliyyətini başlamışdır. Gəminin mətbəx, halal yemək menuları, Quran, səccadə, qiblənamə (kompas) və digər ibadət vasitələri ilə təchiz edilmiş namazxanası və Ramazan ayının imsak və iftar vaxtları üçün yemək servisi etmək imkanları vardır. /3940411

captcha