IQNA

Efiopiyanın əlyazma Quran xəzinəsi muzeyi - Foto

8:14 - December 19, 2020
Xəbər sayı: 3488877
Tehran (IQNA) -  Efiopiyanın qədim şəhərlərindən Harar şəhəri bu ölkənin qədim mədəniyyət və sivilizasiya mərkəzlərindən biri sayılır. Bu şəhərin mərkəzi muzeyi əlyazma nüsxələr xəzinəsidir.

Tehran (IQNA) -  Efiopiyanın qədim şəhərlərindən Harar şəhəri bu ölkənin qədim mədəniyyət və sivilizasiya mərkəzlərindən biri sayılır.

Harar şəhər muzeyində çox sayda müxtəlif İslami əlyazmalar, İslami sənədlər və əlyazma Quran nüsxələri saxlanılır.

Harar şəhərinin "Məhəmməd Şərif" adına milli kitabxana və muzeyi tarixi sənədlərin və əlyazma nüsxələrin saxlanılması üçün ən müasir avadanlıqlarla təchiz edilmişdir.

Qədim mədəniyyət mərkəzi olan Harar şəhəri həm də tarixi Həbəşistan (Efiopiya) imperatorluğunun böyük ticarət mərkəzlərindən biri olmuş və uzaq zamanlardan bəri Ədən körfəzi və digər şərq ölkələri ilə tiracət əlaqələri yaratmışdır.

Harar buna görə İslami elmlərin də böyük mərkəzlərindən biri olmuş və İslam elmlərini öyrənmək istəyənlər bu şəhərə səfər edərək İslami mədrəsələrdə təhsil almışlar.

Bu şəhərdə qədim məscidlərin, dini elmi məkanların, müqəddəs məzarların, əlyazma nüsxələrin, xüsusi ilə də İslami və Qurani nüsxələrin xəzinəsi sayılan Məhəmməd Şərif muzeyinin mövcudluğu şəhərə elmi baxımdan daha xüsusi əhəmiyyət kəsb etdirmişdir.

Bütün bunlar Harar şəhərini Efiopiyanın ən mühüm tuzim şəhərlərindən birinə çevirmişdir və il ərzində müxtəlif ölkələrdən turistlər buraya üz tuturlar.

Efiopiyanın müsəlman alimləri qədimdə İslami mətnləri, xüsusi ilə də Quran, təfsir, hədis və fiqhi hökmləri öz dəstxətləri ilə Ərəb dilində qoyun və keçi dərisi üzərinə yazıblar. Daha sonra isə bu kitablar yeri Həbəşi dilinə tərcümə edilib.

Hararın Məhəmməd Şərif muzeyində Həbəşistan alimlərinin Quran, təfsir, tibb, riyaziyyat və digər mövzularda yazdıqları əlyazma nüsxələr xəzinəsi saxlanılır. /3941400

 
captcha