IQNA

Səkkiz yaşlı suriyalı qız zehni hesabda dünyada birinci oldu | Video

22:05 - January 14, 2021
Xəbər sayı: 3489042
Səkkiz yaşlı suriyalı qız Qurani-Kərimi hifz etməyi bacarmaqla yanaşı, Dünya Zehni Hesablama Yarışmasında birinci yeri qazanıb.

8 yaşlı suriyalı qız Qurani-Kərimi hifz etməyi bacarmaqla yanaşı, Dünya Zehni Hesablama Yarışmasında birinci yeri qazanıb.

Səkkiz yaşlı Sara Kiyali Suriyanın İdlib şəhərində yaşayır. O, Çinin ACİDA İnstitutu tərəfindən təşkil edilən Dünya Zehni Hesablama Yarışmasında birinci yeri qazanıb.

Bu suriyalı uşağın o qədər fövqəladə istedadı var ki, birinci yerə 20 ölkədən 6000 uşağı üstələyərək, layiq görülüb.

İndi Qurani-Kərimin doqquz cüzünü əzbərlədiyini söyləyən Sara, Çin və Tayvanda zehni arifmetik sahəsində iki yarışa qatıldığını söyləyib.

Riyaziyyatçı olmağa can atdığını, bununla cəmiyyət üçün faydalı ixtiralar edə biləcəyini söyləyən Sara, Suriyanı təmsil etdiyi üçün qürur duyduğunu bildirib. /3947473

kod
captcha