IQNA

Türkiyə qəzeti şiələri təhqir etdi - Foto

10:42 - March 06, 2021
2
Xəbər sayı: 3489402
Tehran (IQNA) -  Türkiyənin məşhur qəzetlərindən olan "TürkiyeGazetesi" bu qəzetin "bulmaca" səhifəsində şiə məzhəbini təhqir edən yazı verib.

Tehran (IQNA) -  Türkiyənin məşhur qəzetlərindən olan "TurkiyeGazetesi" bu qəzetin "bulmaca" səhifəsində şiə məzhəbini təhqir edən yazı verib.

Qəzetin "bulmacalar" səhifəsində oxuculara verilən sullardan birində cavabı üç hərifdən ibarət olan "azğın bir məzhəb" adı soruşulur ki, bu da təkcə "şii" sözü ilə uyğundur.

Bundan əlavə qəzetin "bulmacalar" səhifəsndəki sualların cavabını yazan hissəsində də həmin sualın cavabı "şii" olaraq göstərilib.

Türkiyə qəzetinin bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən məhkum edilib və bu addımın müsəlmanlar arasında təfriqə salmaq hədəfi ilə atıldığı vurğulanıb.

Qəzetin müsəlman aləminin vəhdətə və qardaşlığa ehtiyacı olduğu bir zamanda Şarli-Hebdo kimi belə həyasız və ədəbsiz bir addım atması Türkiyədə yaşayan Əhli-Beyt (ə) ardıcıllarını məyus və narahat edib.

Buna görə də müsəlmanlar Türkiyə hökumətindən tələb edirlər ki, qəzetin bu təfriqəçi addımına qarşı lazım olan reaksiyanı versin və bu kimi halların yenidən təkrarlanmaması üçün ciddi təbirlər görsün.

Qeyd edək ki, Türkiyə dövlətinin siyasi və mədəni rəsmiləri həmişə iddia edirlər ki, onlar heç vaxt məzhəbçilik və irqçilik siyasətini dəstəkləmirlər. Ümid edirik ki, onlar bu iddialarına sadiq qalacaq və qəzet rəhbərlərini bu cinayətə görə cəzalandıracaqlar. /iqna

Türkiyə qəzeti şiələri təhqir etdi - Foto

Türkiyə qəzeti şiələri təhqir etdi - Foto

Türkiyə qəzeti şiələri təhqir etdi - Foto

 

Teqlər: turkiyegazeti ، şii ، bulmaca ، krassvord
Nəşr edilmiş: 2
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Elşad Rzayev
0
1
ALLAHIN LƏ'NƏTİ OLSUN iküzlü türk hakimiyyətinə və şərdoğana. QƏZET rəhbərliyi BÜTÜN ŞİƏLƏRDƏN ÜZR İSTƏMƏLİ VƏ ŞİƏ VƏ GÜVƏNDİYİMİZ DÖVLƏT OLARAQ İRAN İSLAM RESPUBLİKASI BU MƏSƏLƏYƏ DÖVLƏT SƏVİYYƏSİNDƏ CİDDİ ETİRAZ ETMƏLİDİR
Anonim
0
1
Bu nə deməkdir. Hec gözləmızdim turkdən . Bu nə qudurganligdi axi ? Tələb edirik ki bu qəzet. Tez bir zamanda baglansin. Və məsuliyyət daşiyan şəxslər cəzalandirilsin.
captcha