IQNA

Ayətullah Sistaninin rəsmi ofisi fitrə zəkatının məbləğəni elan etdi

6:06 - May 08, 2021
Xəbər sayı: 3489765
Müsəlmanların təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Sistani həzrətlərinin rəsmi dəftərxanası 1442-ci hicri-qəməri (2021) ilinin mübarək Ramazan ayının fitrə zəkatının məbləğəni elan edib.

Müsəlmanların təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Sistani həzrətlərinin rəsmi dəftərxanası 1442-ci hicri-qəməri (2021) ilinin mübarək Ramazan ayının fitrə zəkatının məbləğəni elan edib.

Dəftərxanadan verilən açıqlamaya görə, fitrə zəkatı hər nəfər üçün cəmiyyətdə əsas ruzi sayılan ərzaqların hər hansı birindən üç kiloqram verilməlidir.

Bu əsasla möminlər əsas ruzisi un olan cəmiyyətlərdə hər nəfər üçün unun əvəzinə 21 min tümən nağd pul (1 manat 65 qəpik) və əsas ruzisi düyü olan cəmiyyətlərdə düyünün əvəzinə 100 min tümən (8.5 manat) pul fitrə zəkatı ünvanında müstəhəqqə ödəməlidirlər. (fa.shafaqna.com)

Tehran (IQNA) - Qeyd edək ki, düyü ilə fitrə zəkatını ödəmək istəyənlər həmin cəmiyyətdə iqtisadi baxımdan orta səviyyədə olanların ən çox işlətdiyi düyü növündən (hər nəfər üçün təqribən 9 manat) fitrə zəkatı ödəməlidirlər.

Həmçinin Bakı kimi böyük şəhərlərdə əhalinin əksəriyyəti gündəlik ruzi olaraq çörək alırlar və un alıb evdə xəmir edib çörək bişirən çox azdır. Buna görə də fitrə zəkatının əsas ruzi olaraq hər nəfər üçün 3 kq. çörəyin pulunun (2 manat 40 qəpik) ödənilməsi daha məqsədəuyğundur.

 

captcha