IQNA

Ortodoks yəhudiləri İsrail rejiminə etiraz etmək üçün Nyu Yorkda yürüş etdi

11:19 - May 29, 2021
Xəbər sayı: 3489933
Əllərində daşıdıqları “Anti-sionizm yəhudi əleydarlığı demək deyil” yazılmış plakatlarla Bruklin körpüsündə yürüş edən etirazçılar, “İsrail rejimi yəhudiləri təmsil etmir” şüarlarını səsləndiriblər.

ABŞ-ın Nyu York şəhərində ortodoks yəhudiləri İsrail rejiminin rəhbərliyini və siyasətini etiraz ediblər.

Deyerler.org xəbər verir ki, yüzlərlə ortodoks yəhudisi İsrail rejiminin fələstinlilərə hücumlarını qınamaq və Fələstixalqının dəstəkləmək üçün Nyu York şəhərində yürüş keçirib.

Əllərində daşıdıqları “Anti-sionizm yəhudi əleydarlığı demək deyil” yazılmış plakatlarla Bruklin körpüsündə yürüş edən etirazçılar, “İsrail rejimi yəhudiləri təmsil etmir” şüarlarını səsləndiriblər.

Ortodoks yəhudi icmasının liderlərindən Ravvin Herşel Klar da açıqlama verərək, İsrail rejimi və Fələstin arasındakı son gərginliyin öz cəmiyyətlərinə təsirinin olunduğunu söyləyərək belə deyib: “Bütün yəhudilərin İsrail rejimini dəstəklədikləri düşünülür, amma əslində belə deyil. Cəmiyyətimiz İsrail rejimini və müharibələrini qınayır”. Deyerler.org

captcha