IQNA

Kanadada internat məktəbinin həyətindən yüzlərlə uşaq məzarı tapıldı

11:51 - July 14, 2021
Xəbər sayı: 3490280
Kanadada British Columbia şitatında bir internat məktəbinin yerləşdiyi ərazidə daha 160-dan çox adsız uşaq qəbri aşkarlanıb.

Cənubi Körfəz Adalarından Kuperdə yaşayan Yerli Qəbilələrdən Penelakut, Kuper Adası İnternat Kilsə məktəbinə məxsus ərazidə 160-dan çox sənədsiz və qeyd edilməmiş məzar tapıldığını açıqlayıb.

Qəbilə, qonşusu olan bir qəbuləyə belə bir məktub ünvanlayıb: “Sizi Kuper Adası İnternat Məktəbinin ərazilərində və sahillərimizdə 160-dan çox sənədsiz və qeyd edilməmiş qəbirlərin aşkarlandığının təsdiqi ilə bağlı işimizdə iştirak etməyə dəvət edirik”. Qəbilənin bu məktubu xəbərin yayılmasına səbəb olub.

Qeyd edək ki, Kuper Adası İnternat Məktəbi, rəsmi qeydlərə görə 1890-1970-ci illərdə Cənubi Körfəz Adaları arasında yer alan Kuper Adasında xidmətə verilib.

Xatırladaq ki, Kanadada kilsə məktəbinin həyətindəki sənədsiz uşaq qəbirləri ilk dəfə 29 mayda British Columbia ştatının Kamloops şəhərindəki internat kilsə məktəbinin həyətində 215 uşağın qalıqlarının tapılması ilə gündəmə daxil olmuşdu. İyunun 24-də isə Sakatçevan ştatında Marieval İnternat Məktəbinin həyətində yenə qeydiyatı olmayan 751 uşaq cəsədi aşkarlandı. /Şəfəqna

captcha