IQNA

Quran fəalları beynəlxalq mükafatının yekun mərasimi keçiriləcək

18:44 - August 08, 2021
Xəbər sayı: 3490470
ÜƏA-nın Ümumi Əlaqələr Şöbəsinin verdiyi məlumata görə, bu mərasim "Səqəleyin", "Vəliyyi-Əsr" peyk tv kanallarından birbaşa, həmçinin "Heyət" və "Əbərat" saytları üzərindən onlayn yayımlanacaq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, Bazar Ertəsi günü, 9 Avqust 2021-ci il, dünyanın ən yaxşı şiə Quran fəalları arasında keçirilən "114 Ümumdünya Mükafatı"nın ilk yarışlarının yekun mərasimi keçiriləcək.

"114 Ümumdünya Mükafatı"nın ilk yarışlarının yekun mərasimi İranın Qum şəhərində Ümumdünya Əhlul-Beyt (ə) Assembliyasının konfrans zalından onlayn yayımda keçiriləcək.

Ümumdünya Əhlul-Beyt (ə) Assembliyasının Ümumi Əlaqələr Şöbəsinin verdiyi məlumata görə, bu mərasim "Səqəleyin", "Vəliyyi-Əsr" peyk tv kanallarından birbaşa, həmçinin "Heyət" və "Əbərat" saytları üzərindən onlayn yayımlanacaq.

Həmçinin mərasimdə iştirak etmək isyəyənlər aşağıdakı sosial şəbəkə səhifələrindən Fars, Ərəb və İniglis dilində canlı yayıma qoşula bilərlər.  

class.mou.ir/jalasat (Fars)   

instagram.com/majales_majazi_ahlulbayt (Ərəb)

instagram.com/ahlulbayt_world_assembly (İngilis)

Qeyd edək ki, Quran surələrinin sayını təmsil edən bu yarışma dünyanın Quran fəalları, Quran mərkəzləri və təbliğçiləri arasında təşkil edilib və onların Quran mövzusunda hazırladıqları mədəni, elmi və təbliği fəaliyyətləri dəyərləndirilib. / iqna

 

captcha