IQNA

Tatarıstanın ən qədim taxtadan olan məscidinin açılışı

11:52 - November 01, 2021
Xəbər sayı: 3491102
Rusiya Tatarıstanının 140 yaşlı ən qədim taxtadan olan məscidi, bu bölgə prezidentinin iştirakı ilə bərpa işləri başa çatdıqdan sonra yenidən istifadəyə verilib.

İQNA, "Əl-usbu"-a istinadən xəbər verir ki, Rusiyadakı Tatarıstan Respublikası, ən qədim məscidlərindən birini cümə günü, oktyabrın 29-da bərpa işlərinin başa çatmasından sonra yenidən istifadəyə verib.

Məsciddə aparılan mühəndislik işlərinə onun minarə və sütunlarının təmiri, döşəmə və tavanının bərpası, daxili zalların, xarici görünüşün və məscidin girişindəki kitabələrin yenilənməsi daxildir.

Tatarıstan prezidenti Rüstəm Minixanov da, məscidə gələrək gəlib və orada aparılan bərpa işlərinə görə zəhməti keçənlərə təşəkkür edib.

Prezident deyib: "Bu məscid Tatarıstanda tikilmiş ən qədim taxta məsciddir və 140 yaşı var."
Səfər zamanı Tatarıstan prezidenti, Koronanın qarşısının alınması üçün gigiyenik göstərişlərə əməl edərək, məscidin ibadət zalında cümə namazı qılıb.

4009357

captcha