İQNA Xəbər Agentliyi, Mədəniyyət və İslami İrşad Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Mehdi İsmaili, bir sərəncamla Höccətül-islam Mehdi İmanipuru İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının yeni rəhbəri təyin edib.
Məhəmməd Mehdi İsmailinin Höccətül-islam İmanipuru təyin etməsi haqqındakı fərmanında gənc, imanlı və çalışqan müdirlər və məsləhətçilərdən istifadə olunmasına təkid edilib.