IQNA

Əl-Əzhər, məktəblərdə Quran tədrisi ilə bağlı tənqidə münasibət bildirib

14:42 - December 05, 2021
Xəbər sayı: 3491314
Əl-Əzhər, Misir millət vəkilinin ibtidai məktəblərdə Quran tədrisinin dayandırılması tələbini tənqid edib.

"İQNA", "Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, İbtidai sinif şagirdlərinin Quran əzbərləməsini tənqid edən media xadimi, Misir parlamentində media komissiyasının üzvü Yusif əl-Hüseyninin açıqlamaları ölkədə geniş müzakirələrə səbəb olub.

Hüseyni, məktəblərdə xristian şagirdlərin olduğunu nəzərə alaraq, Ğanim əl-Səidin ibtidai sinif şagirdləri üçün Quranın əzbərlənməsi təklifinə etiraz edib.

Keçmiş futbolçu və Misir idman proqramlarının aparıcısı Hani Rəmzi tvitində əl-Hüseyniyə belə cavab verib: "Mən ibtidai məktəbdə xristian dərsi olmayanda müsəlman sinfində oxuyurdum. Sinif yoldaşlarım və müəllimlərim “Fatihə” surəsini əzbər bildiyim üçün oxumağımı istədilər. Biz dost və qardaş idik və bura hamımızın ölkəsi Misirdir."

"Əl-Əzhər" Beynəlxalq Elektron Fətva Mərkəzi, Hüseyninin sözlərinə reaksiya verərək bildirib ki, gənclərin qayğısına qalmaq və Quranın düzgün təhsili cəmiyyətin sabitliyinin və uşaqların düzgün tərbiyəsinin başa düşülməsinin əsaslarından biridir.

4018357

captcha