IQNA

Peyğəmbəri (s) təhqir edən kitabın nəşrinə Ərdoğandan reaksiya

14:26 - December 11, 2021
Xəbər sayı: 3491350
Türkiyə prezidenti Türkiyə tərəfindən suriyalı uşaqlar üçün İslam Peyğəmbərinin təhqiredici şəkillərinin yer aldığı dərsliyin nəşrinə təəssüfləndiyini bildirib və bunu "ayıb" adlandırıb.

"İQNA", "Aksalser"-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriyanın şimalında uşaqlar üçün İslam Peyğəmbərini (s) təhqir edən kitabın nəşrinə reaksiya göstərərək Ankarada türk müftiləri ilə televiziyada görüşündə deyib: "Baş verənlərdən birbaşa xəbərim olmasa da, məsuliyyət daşıdığım hakimiyyətdə baş verdiyinə görə çox narahatam.

Heç bir bəhanənin qəbul olunmayacağını vurğulayaraq, bildirib: "Hakimiyyət orqanları bu biabırçı əməli törədənlərin müəyyən edilməsi üçün araşdırmalara başlayıb. Hökumət, bu işin məsullarını cəzalandırmaq üçün bu məsələnin arxasınca düşəcək."

Qeyd edək ki, İslam Peyğəmbərinin (s) təhqiredici şəkillərini ehtiva edən birinci sinif dini dərsliklər Türkiyə tərəfindən Suriyanın şimalında paylanıb. O cümlədən sərhəddə yerləşən Cerablus şəhərində türk qüvvələri və onlara dəstək verən qrupların nəzarətində olan bir sıra məktəblərdə paylanıb. Lakin şəhər əhalisi, tez bir zamanda bu kitabları yandırıb.

Suriyanın şimalındakı yerli məmurlar da ötən ay Türkiyə Təhsil Nazirliyinin verdiyi dini kitabları Ankaraya qaytarmaq qərarına gəliblər.

4019798

captcha