IQNA

Qətər universitetlərində İslam mədəniyyətinin tədrisinin perspektivi araşdırılıb

10:14 - February 01, 2022
Xəbər sayı: 3491664
Qətər Universitetinin, müxtəlif ölkələrdən bir qrup fəal və İslam kursları ustadlarının iştirakı ilə təşkil etdiyi vebinarda universitetlərdə İslam elmlərinin tədrisinin perspektivi və qarşıda duran problemlər araşdırılıb.

"İQNA", "İslam Onlayn"-a istinadən xəbər verir ki, dünən Qətər Universitetinin Şəriət və İslamşünaslıq Fakültəsi Mədəniyyət və Elm Təhsili üzrə Milli Komitə ilə birgə beynəlxalq vebinar keçirib. Ərəb və İslam universitetlərindən bir qrup ekspert və mütəxəssis bu vebinada iştirak edib. Onlar universitetlərdə İslam mədəniyyətinin tədrisinin mövcud vəziyyəti və perspektivlərini müzakirə ediblər.

Bu vebinarın iştirakçıları İslam universitetlərində İslam mədəniyyətinin tədrisi şərtlərini araşdırıblar. Həmçinin mədəniyyət kurslarının çətinlikləri və onların tədrisi üsulları müzakirə olunub.

İslam dünyasında İslam mədəniyyətinin tədrisi üzrə bir qrup ekspert, o cümlədən Adnan Məhəmməd Zərzur və Əbdül-Məcid Əl-Nəccar, eləcə də bir sıra ərəb və İslam universitetlərinin ekspertləri vebinarda çıxış ediblər.

4032745

captcha