IQNA

Kərbəla alimlərinin irsinin dirçəlişi üzrə üçüncü dünya konfransı keçiriləcək

18:51 - February 06, 2022
Xəbər sayı: 3491692
İmam Hüseynin (ə) müqəddəs Astanı bütün din alimlərini Kərbəla alimlərinin irsinin dirçəlişi üzrə üçüncü dünya konfransında iştirak etməyə dəvət edib.

"İQNA", İmam Hüseyn (ə) Astanına istinadən xəbər verir ki, İmam Hüseynin (ə) müqəddəs Astanı Kərbəlanın Tədqiqat və Mütaliə Mərkəzi Kərbəla Alimlərinin İrsinin Bərpası üzrə Üçüncü Ümumdünya Konfransında iştirak üçün xüsusi şərtləri açıqlayıb.

Mərkəzin elm işlər üzrə vitse-kansleri Nazir Cəbbar əl-Hindavi, Kərbəla Alimlərinin İrsinin Dirçəlişi üzrə Üçüncü Ümumdünya Konfransında iştirak etmək üçün mərkəzin bir sıra şərtlər irəli sürdüyünü bildirib. Tədqiqatın adı konfrans üçün elan edilən mövzulardan biri olmalıdır. İştirakçıların tədqiqatları əvvəllər kağız və ya elektron formada çap edilməməlidir. Yaxud əvvəllər başqa elmi konfransda təqdim edilmiş olmamalıdır.

O, bildirib ki, Şərtlərdən biri tədqiqatçının tədqiqat işini yazarkən akademik elmi metoda sadiqliyidir.

Tədqiqatın xülasəsini almaq üçün son tarix gələn ayın 1-i və tam tədqiqatın qəbulu üçün son tarix 2022-ci il 21 aprelə kimi Konfransın e-poçt ünvanına (karbala.center1@gmail.com) göndərilməlidir.

Qeyd edək ki, bu konfrans "Mirzə Məhəmməd Təqı Şirazinin düşüncəsi və liderliyi" şüarı ilə keçirilir. O, bu mərkəzin mühüm fəaliyyətlərindən biridir.

4034110

Teqlər: kərbəla ، alim ، irs ، dirçəliş ، konfrans
captcha