IQNA

İngilis məktəbində tələbələrin namaz qılmasına mane olunur

18:26 - February 09, 2022
Xəbər sayı: 3491714
Londonda bir məktəb müsəlman tələbələri məktəbdə namaz qılmasına mane olur.

"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, "Daily Mail" qəzeti yazıb ki, Londonda müsəlman 12 yaşlı müsəlman tələbə Tahirin ailəsi, tələbənin məktəb ərazisində namaz qılmasına mane olunduğu və namazı dayandırmaq məcburiyyətində qaldığı üçün rəsmi şikayət edib. Onlar övladlarını bu məktəbdən başqa məktəbə köçürmək qərarına gəliblər.

Hadisədən sonra məktəb rəhbərliyi həmin gün axşam Tahiri evə göndərərək, hadisənin əsl mahiyyətini əks etdirməyən bəyanata imza atmağa məcbur ediblər.

Tahirin atası Məhəmməd deyir ki, 2021-ci ilin sentyabrında açılan məktəbdə məktəb rəsmisi oğlunu narahat etməməlidir.

"Biz müəyyən inanclarla uşaqlarımızı tərbiyə etməyə çalışırıq. ona görə də məktəb üzvlərindən heç birinin buna etiraz etmək hüququ yoxdur", - deyə şagirdin anası bildirib.

Şagirdin ailəsi bildirib ki, məktəbdən rəsmi şikayətə etməkdən əlavə, Londonun İling Rayon Şurasına daha bir şikayət edilib.

4035096

Teqlər: ingilis ، məktəb ، namaz ، Tələbə ، müsəlman
captcha