IQNA

Kanadada Ramazan bazarı açılıb

17:22 - February 22, 2022
Xəbər sayı: 3491786
Vinnipeq müsəlman icması Covid-19-un yayılması səbəbindən iki illik fasilədən sonra ilk "Ramazan bazarı"nı açıb.

"İQNA", "CBC"-yə istinadən xəbər verir ki, bazar Kanadanın Manitoba İslam Assosiasiyası tərəfindən yaradılıb.

Manitoba İslam Assosiasiyasının baş direktoru Raid Həmdam, deyib: "Onların bir çoxu (satıcılar) Covid-in yayılması səbəbindən işlərini dayandırdılar, digərləri isə bizneslərini bağlamaq məcburiyyətində qaldılar. Bununla belə, onlardan bəziləri yenidən biznesə qayıdırlar, ona görə də onlar üçün ən yaxşısını ümid edirik."

Bu bazarda satılan əşyalar arasında evdə hazırlanan məmulatlar və Quran, dua kitabları, İslam geyimləri kimi çətin əldə edilən əşyalar da vardır.

Manitoba İslam Birliyi adətən bu bazarı hər il Ramazandan əvvəl açır və bu il bu bazarlardan daha çoxunun açılması nəzərdə tutulur.

4037764

captcha