"İQNA", xəbər verir ki, bu yarışların ikinci gecəsi fəxri qari Seyyid Əhməd Muqiminin qiraəti ilə başlayıb. Münsiflər heyətinin təqdimat klipi göstərildikdən sonra müsabiqə rəsmi olaraq başlayıb.
Proqrama əsasən, İslam Dünyası Tələbələri üçün 7-ci Beynəlxalq Quran Müsabiqəsinə vəsiqə qazanmış Əfqanıstandan olan 12-ci sinif şagirdi qari Məhəmməd Sadiq Məhəmmədi qiraət edib.
Sonra Qurani-Kərim hafizi və ABŞ təmsilçisi Həmzə Fəhzinin münsiflər heyətinin suallarını cavablandırdığı klipi təqdim edilib.
Tələbələr üçün 7-ci Beynəlxalq Quran Müsabiqəsinə vəsiqə qazanan üçüncü tələbə Fil Dişi Sahilindən olan Su İbrahim olub.
Həmçinin digər iştirakçılar da öz ixtisaslarında yarışıblar.
Quran fəalı və bir neçə əsərin bəstəkarı olan yeni mərhum olmuş Həsən Səfərinin xatirəsi yad edilib.
İran İslam Cümhuriyyətinin 38-ci Beynəlxalq Quran Yarışmasının ikinci gecəsi Qırx dördüncü milli Quran yarışmasında birinci yer qazanmış Zəncan şəhərinin "Həblül-mətin" qrupunun ifası ilə sona çatıb.
Xatırladaq ki, İranın Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsi martın 4-dək hər gecə saat 19:00-dan 22:30-a kimi İncəsənət Zalında keçiriləcək.