IQNA

Məscidül-Həram və Məscidün-Nəbidə sosial məsafəyə riayət etmək ləğv edilib

9:33 - March 07, 2022
Xəbər sayı: 3491872
Məkkədəki Məscidül-həram və Mədinədəki Peyğəmbər məscidində bu bazar səhərindən etibarən heç bir sosial məsafəyə riayət etmədən camaat namazı qılınır.

"İQNA", "Əl-Fərat News"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi korona epidemiyası ilə bağlı bəzi qabaqlayıcı tədbirlərin ləğv edilməsini əmr edib. Bunlardan biri də bütün qapalı yerlərdə sosial məsafənin aradan qaldırılmasıdır.

Məscidül-həramın içərisindən işçilərin Məscidül-həramda ibadət edənlər və zəvvarlar arasında sosial məsafəyə riayət etmək üçün yapşıdırılmış etiketlərin topladığını göstərən şəkillər və videolar yayılıb. Amma bu müqəddəs yerlərdə maskadan istifadə etmək ​​hələ də zəruridir.

Yayımlanan videolarda Məscidül-həramda sosial məsafəyə riayət edilmədən ilk camaat namazının qılınması əks olunub.

4040819

captcha