İnsan bütün bədən üzvlərinə sahib çıxmalı və onları kontrol etməlidir ki, günah etməsinlər. Xüsusilə də dil ki, başqaları ilə rabitə və əlaqə yaratmaqda ondan daha çox istifadə edir. Dili çox, yersiz, faydasız, qeybət, töhmət, söyüş və məsxərə sözlər danışmaqdan qorumalıdır. Bunu bacararsa dini və dünyası sağlam qalacaqdır.
Dilin kontrol edilməsi barədə çoxlu hədis və rəvayətlər vardır. Çünki dil yırtıcı və sərkeş heyvana oxşayır ki, zəncirdən buraxılarsa ətrafındakıları parçalyacaq və qanlar tökəcəkdir. Bundan sonra isə onu zəncirləmək və qəfəsə salmaq çox çətin olacaqdır.
Ərim çox gözəl bir insandır. Onunla yaşamağdan razıyam... Bəzən ixtiyarsız olaraq ərimə acı sözlər deyir, onu özümdən incidirəm. Sonra bu işimə peşiman oluram... Amma öz əlimdə deyil, bir az narahat olan kimi başlayıram onu acılamağa. Elə bil başqası mənim yerimə danışır... Qorxuram ki, mənim bu əxlaqım onun mənə olan məhəbbətini azalda və onu mənə qarşı laqeyd və meyilsiz edə... Bundan əlavə qorxuram ki, bu əxlaqım uşaqlarımada mənfi təsir göstərsin və onların əxlaqları pozulsun...
Dili kontrol etmək üçün, insan çalışmalıdır ki, yersiz, faydasız və çox danışmaqdan uzaq olsun və özünə sükuta öyrəşdirsin. Dil bir müddət ciddi surətdə kontrol edilərsə, sükuta öyrəşəcək, icazəsiz və sahibinin iradə və istəyi olmadan danışmağa başlamayacaqdır.
Həmişə danışmağa başlamzdan öncə fikirləşmək və deyəcəyin sözləri ölçüb-biçməyin, dilin kontrol edilməsində çox təsiri vardır. Həmçinin danışarkən səbirli, hövsələli olmaq və yumuşaq və mehriban danışmaq dilə sahib çıxmağa kömək edir.
İmam Əli (ə) buyurur: “Mütləq bu sərkeş və üsyankar dili dayandırın və həbs edin. Nə qədər ki, o sizi həbsə salıb, əzablarınızı artıq edib və şəxsiyyətinizi alçaltmayıbdır.”