IQNA

Qazaxıstanda silsilə Quran sərgiləri keçirilir

9:00 - May 08, 2022
Xəbər sayı: 3492193
İranın Qazaxıstandakı mədəniyyət müşaviri ölkənin universitetlərində və mədəniyyət mərkəzlərində silsilə Quran xəttatlığı sərgiləri təşkil edib.

"İQNA", Qazaxıstandan xəbər verir ki, sərgilər İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Təbliğat Baş İdarəsinin dəstəyi ilə Qazaxıstanın məscidlərində və universitetlərində keçirilir.

Bu yaxınlarda bu sərgi Qazaxıstanın Farabi Böyük Məscidində keçirilib. Orada İranın xəttatlarından Möhsin İbrahiminin əsərləri maraqlananlar üçün nümayiş etdirilib.

Qazaxıstanın paytaxtı Nursultan şəhərindəki Avrasiya Milli Universitetində Avrasiya Universiteti və İranın Qazaxıstandakı Mədəniyyət Müşavirinin iştirakı və İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Beynəlxalq Təbliğat Bürosunun dəstəyi ilə Quran xəttatlığı sərgisi keçirilib. Bu sərgi mayın 12-nə qədər davam edəcək.

Avrasiya Milli Universitetinin direktoru Yerlan Siddiqov deyib ki, universitetimizdə İran xəttatlığı sərgisinin keçirilməsi yaxşı ənənəyə çevrilib və ikitərəfli əməkdaşlığa yaxşı təsir edir.

İranın Qazaxıstandakı səfiri Məcid Səmədzadə Sabir çıxışında Ramazan bayramını təbrik edərək, İranın Qazaxıstandakı Mədəniyyət Müşavirinin və Avrasiya Milli Universitetinin bu sərginin keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirərək deyib: "İki qardaş və dost ölkə olan İran və Qazaxıstan arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir və bu gün biz mədəni əlaqələrin təzahürlərindən birinin şahidi oluruq".

4055080

captcha