IQNA

Ərəbistanda 9-cu Beynəlxalq Hərbiçilər Quran Müsabiqəsi keçiriləcək

8:37 - June 06, 2022
Xəbər sayı: 3492351
Səudiyyə Ərəbistanının müdafiə nazirinin himayəsi altında dünya hərbçiləri üçün 9-cu beynəlxalq Quran hifzi müsabiqəsi keçiriləcək.

"İQNA", Ərəbistanın "Əkkaz" qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn Salman ibn Əbdül-Əzizin nəzarəti altında bu ilin 7 noyabrında (12 Rəbiüssani 1444-cü il) başlayacaq və səkkiz gün davam edəcək.

Müsabiqənin təşkilat komitələrinin fəaliyyətinə start verilib. Müsabiqə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Dini İşlər Baş İdarəsi tərəfindən təşkil olunacaq.

Səudiyyə Ərəbistanında keçirilən 9-cu Beynəlxalq Hərbi Quran Müsabiqəsində iştirak etmək üçün 40-dan çox ölkə dəvət olunub. Bu yarışmaya İslam dünyasının aparıcı hakimlər heyəti nəzarət edəcək.

Bu yarışlar Korona tədbirlərinə riayət edilərək keçiriləcək.

4061965

 

captcha