IQNA

Fil Dişi Sahilinin müsəlman azlığına Quran nüsxələri hədiyyə edilib

10:40 - September 08, 2022
Xəbər sayı: 3492886
Mərakeş kralı Fil Dişi Sahilindəki müsəlman azlığa çoxlu sayda Qurani-Kərim hədiyyə edib.

"İQNA", "Ya Biladi"-yə istinadən xəbər verir ki, Mərakeş Fil Dişi Sahilinin müsəlman azlığına çoxlu sayda Qurani-Kərim hədiyyə edib.

Bu hədiyyənin çatdırılmasına Mərakeşin Fil Dişi Sahilindəki səfiri Əbdül-Məlik Əl-Kətani nəzarət edib. O hədiyyələr, Fil Dişi Sahilinin İmamlar, Məscidlər və İslam İşləri üzrə Ali Şurasının rəhbəri İmam Osman Diakitiyə təhvil verilib.

İmam Diakiti çıxışında deyib ki, Mərakeş kralı 6-cı Məhəmmədin Fil Dişi Sahilindəki müsəlman azlıqlara təqdim etdiyi hədiyyə təxminən 4500 nüsxə Qurani-Kərimdir ki, bunun da 900 nüsxəsi korlar üçün nəzərdə tutulub.

4083766

captcha