IQNA

Livanlı qarilərin elmi-texniki səviyyəsinin yüksəldilməsi üçün virtual kurs başlayıb

11:00 - November 12, 2022
Xəbər sayı: 3493245
Livanlı qarilərin elmi-texniki səviyyəsinin yüksəldilməsi üçün “Quran Qariləri Kompleksi” adı altında ixtisaslaşdırılmış kurs keçirilib. Bu kurs Livan Quran İrşad Dərnəyinin Livanda “Baalbek” bölgəsindəki bölməsinin təşəbbüsü ilə keçirilib.

"İQNA", Livandan xəbər verir ki, 8 Noyabr Çərşənbə axşamı günü başlayan bu kursda elmi-texniki məqamları virtual şəkildə öyrənən 19 qarı iştirak edib.

Bu kurs Livanda təcvid elminin görkəmli ustadlarından və Quran yarışlarının beynəlxalq hakimlərindən biri olan Hacı Adil Xəlilin nəzarəti altında keçirilir. Əhməd Şəkər, bu kursu idarə edir.

Hacı Adil Xəlil bu kursun əvvəlində çıxış edərkən “Quran Qarilər Kompleksi”nin əhəmiyyətini və onun məqsədlərini açıqladı və dedi: "Bu kurs qiraət edənlərin elmi-texniki səviyyəsinin beynəlxalq səviyyədə yüksəldilməsinə və onların Livan Quran İrşad Dərnəyi ilə əlaqələrinin möhkəmlənməsinə səbəb olur".

Qeyd edək ki, Livan Quran İrşad Dərnəyi bu ölkədə hicri qəməri təqvimi ilə 1408-ci ildə qurulan xeyriyyəçi Quran birliyidir. Quran meyarları əsasında nəslin yetişdirilməsi, Quran prinsipləri və dəyərləri əsasında cəmiyyət formalaşdırılması məqsədi ilə yaradılmışdır.

4098519

captcha