"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə Qurani-Kərimin 20 cüzünün ivrit dilinə tərcüməsinin başa çatdığını açıqlayıb.
O, deyib ki, Quranın ibrani dilinə tərcümə edilməsində məqsəd yəhudi şərqşünaslarının Quranın tərcüməsində yol verdikləri və Quranın mənasını təhrif etdikləri bir çox səhvlərin qarşısını almaqdır. Buna görə də Misir Vəqflər Nazirliyi bu səhvləri düzəltmək üçün Quranın ibrani dilinə tərcüməsini zəruri hesab etmişdir.
Muxtar Cümə Misirdəki digər dinlərə və dini mərkəzlərə hörmət kontekstində əlavə edib: "Vəqf Nazirliyi BMT rəsmilərinə bildirib ki, Misir hökuməti öz vəsaiti hesabına yəhudilərin ibadətgahını yenidən tikib. Baxmayaraq ki, bu mərkəzdən istifadə olunmurdu. Həmçinin tərk edilmiş kilsə bu nazirlik tərəfindən bərpa edilib".
4101185