"İQNA", "Dawn"-a istinadən xəbər verir ki, Pəncab Təhsil İdarəsi məktəblərin bütün şöbə, rayon və icraçı direktorlarına Qurani-Kərimi ibtidai sinifdən ali orta məktəbə qədər məcburi fənn kimi öyrətməyi tapşırıb.
Bu barədə Pəncab əyalətinin İctimai Təlim Departamenti Rəna Əbdül-Qəyyum Xan məlumat verib. Bu elanda bildirilir ki, artıq bütün dövlət və özəl məktəblərdə (ibtidai səviyyədə) Quranın tədrisi icbari fənn edilib. İndi Pəncab Dərsliklər Şurası bu müqəddəs kitabın tədrisi ilə bağlı bir iş planı hazırlayıb.
Həmçinin, bütün şöbə müdirlərinə tapşırılıb ki, bu dərsin məktəblərdə tədris və təlim prosesinə nəzarət etsinlər və hər ayın 5-də mütəmadi olaraq müdirliyə hesabat versinlər.
4111187