IQNA

Çeçenistan liderinin baş örtülü tələbələrin dərsdən qovulmasına reaksiyası

21:11 - January 31, 2023
Xəbər sayı: 3493643
Ramzan Kadırov hicabın qadağan olunmasını, buna görə Dağıstan və Çeçenistandan olanların Novocherkassk şəhərindəki kollecdən qovulmasını faşizmin təzahürü hesab edib.

"İQNA", "Kav Kaz, Grozny Inform" saytına istinadən xəbər verir ki, Məscid tikməyi, hicab taxmağı qadağan edənlər faşizmin tərkib hissəsidir. Hər kəsdən bizə hörmətlə yanaşmalarını xahiş edirik, əks halda reaksiya verməli olacağıq.

Kadırov İslami geyimlərin geyilməsi ilə bağlı məhdudiyyətlərin artmasına işarə edərək deyib: "Rusiya hökuməti İslami dəyərləri qoruyur və belə hallar yalnız fərdi qurumlarda baş verir".

Yanvarın 11-də Novocherkassk Tibb Fakültəsinin Müəllimlər Şurası beş qız tələbəni, o cümlədən Dağıstan və Çeçenistandan olan tələbəni dərsdə hicab taxdıqlarına görə xaric edib.

Kollec iddia edib ki, qızlar dini simvollar olan paltar geyinməkdən imtina etsələr, təhsillərini bərpa edə bilərlər. Onların vəkili qızların kollec direktorları ilə danışa bilmədiklərinə diqqət çəkib.

Xatırladaq ki, 2016-cı ildən Çeçenistanda qadın işçilərdən iş yerində düzgün hicab taxmaq tələb olunur.

4118702

captcha