İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) shafaqna-ya istinadla xəbər verir ki, Cüzcan Polis İdarəsinin sözçüsü Abdül Səttar Halimi jurnalistlərə verdiyi açıqlamada, naməlum şəxsin Kuş Təpə rayonundakı məktəbə əl qumbarası atdığını bildirib.
Hücumda 2 şagirdin həyatını itirdiyini ifadə edən Halimi, 4 şagirdin də yaralandığını söyləyib.
Şahidlər hücumun qızların təhsil aldığı ibtidai məktəbdə təşkil edildiyini irəli sürüb.
Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.