"İQNA", xəbər verir ki, Aprelin 1-də axşam saatlarında İmam Xomeyni (r.ə) məscidində prezidentin parlamentdəki müavini Seyyid Məhəmməd Hüseyninin iştirakı ilə İran İslam Cümhuriyyəti Günü qeyd edilib və Quran sərgisinin açılışı olub.
Bu mərasimin əvvəlində İran İslam Cümhuriyyəti Ordusunun musiqiçilər qrupu müxtəlif insanların iştirakı ilə İranın dövlət himnini ifa ediblər. Bundan sonra “Səbilur-Rəşad” xor qrupu Quranın ayələrini qiraət ediblər.
Bu mərasimin digər bir hissəsi də Qurani-Kərim sərgisində iştirak etmək üçün İranın Quran ustad və şəxsiyyətlərinin xalqı salamlaması videosunun yayınlanması olub. Bu klipdə Abbas Səlimi, Seyyid Möhsin Musəvi Bəldə, Əli Əkbər Hənifi, Şəhriyar Pərhizkar və Əhməd Əbul-Qasimi kimi ustadlar sərgidə iştirak etmək üçün insanları salamlayan mətni oxuyublar.
Bu mərasimin digər hissəsində İranın şairi Əhməd Babai İslam Cümhuriyyəti Günü, Vilayət və Həzrət Xədicə (s) haqqında şerlər oxuyub. Ondan sonra isə Tehranın "Nəcmus-Saqib" xor qrupu bu sərginin şüarı olan “Mən səni çağırıram” əsərini ifa edib.
Bu mərasimin davamında Tehranın Məhəmməd Rəsulullah (s) xor qrupu “Güclü İran” və “Münacat” adlı iki əsəri ifa edib. Bundan sonra Qurani-Kərimin hafizi, şəhid Həbibullah Şiri Cəfərzadənin övladı Zeynəb Şiri Cəfərzadə "Müzzəmmil" surəsinin son ayəsini oxuyub. Bu mərasimin davamında İran İslam Cümhuriyyətinin musiqi qrupu növbəti dəfə ölkəmizin dövlət himnini səsləndirib.
Bu mərasimin yekun hissəsində prezidentin parlamentdəki müavini Seyyid Məhəmməd Hüseyni İslam Cümhuriyyəti Günü ilə bağlı qısa çıxışında dedi: "22 Bəhmən 1357-ci ildən sonra və bu qələbədən 50 gün keçməmiş referendum möhtəşəm şəkildə keçirildi. O zaman bəzi siyasətçilər başqa məsələlər bəyan etdilər, lakin ümmətin İmamı yalnız İslam Cümhuriyyətinə təkid etdi, nə bir kəlmə çox, nə də bir kəlmə az, bu məsələnin referenduma çıxarılmasını istədi".
4130889