IQNA

Ortaq cəhətlərə diqqət yetirmək Quranın mədəniyyət siyasətlərindən biridir

13:04 - April 07, 2023
Xəbər sayı: 3493976
Sərginin beynəlxalq bölməsində keçirilən “Qurani-Kərimin tədrisi beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsinin təsirli yolu kimi” adlı toplantıda ekspertlər və Quran alimləri iştirak ediblər. Onlar ortaq cəhətlərə və sədaqətli dialoqa diqqət yetirməyi Quranın mədəniyyət siyasəti hesab etmiş, Vəhy kəlamının tədrisində Peyğəmbər (s) və Əhli-beyt (ə) metodundan istifadə etməyin zəruriliyini vurğulamışlar.

İQNA", xəbər verir ki, aprelin 5-də Tehranın böyük məscidində 30-cu Qurani-Kərim sərgisinin beynəlxalq bölməsində “Qurani-Kərimin təhsili beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsində təsirli həll yolu” adlı iclas keçirilib.

Qiraət Elmləri və Texnikaları Departamentinin direktoru və Əl-Mustafa Universitetinin (s) elmi heyətinin üzvü Höccətül-İslam Əmini Tehrani, Mədəniyyət və İslami İrşad Nazirliyinin Quran və İtrət müavinliyinin qadın müşaviri Mojqan Xan Baba və Seneqaldan Quran və idarəetmə elmləri üzrə doktorant Saado Amadou Gayə bu toplantıda çıxış ediblər. İclasın elmi katibi İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Quran işləri üzrə eksperti  Seyyid Həsən İsməti olub.

İclas Hindistan qarilərindən olan Seyid Baqir İlya Rəzəvinin qiraəti ilə başlayıb. Seyyid Həsən İsməti Quranın tədrisinin tarixini izah edərək deyib: Quranın tədrisinin tarixi Quranın nazil olduğu dövrə gedib çıxır və Quranın tədrisi onun nazil olduğu vaxtdan da dayanmayıb.

O, əlavə edib: "Quranı öyrətmək dünyada yaxşı bir ənənədir ki, tilavət və əzbərləmə yolu ilə sinədən sinəyə, nəsildən-nəslə ötürülür".

4131782

captcha