IQNA

“Beynəlxalq mədəni əlaqələrin inkişafında Quran diplomatiyasının təsirinin gələcək tədqiqi” mövzusunda toplantı keçirilib

22:30 - April 08, 2023
Xəbər sayı: 3493986
Aprelin 8-də 30-cu Beynəlxalq Quran Sərgisinin beynəlxalq bölməsində “Beynəlxalq mədəni əlaqələrin inkişafında Quran diplomatiyasının təsirinin gələcək tədqiqi” adlı toplantı keçirilib.

"İQNA", xəbər verir ki, Proqram İslam  Mədəniyyəti və Kommunikasiya Təşkilatının Beynəlxalq Təbliğ Baş İdarəsinin Quran işləri üzrə eksperti Seyyid Həsən İsmətinin qiraəti ilə başlayıb və toplantının elmi katibi Mehdi Rzazadə Codi olub.

Beynəlxalq Əl-Mustafa Universitetinin ustadı, Qum elmi hövzəsinin Quran Tədqiqat Dərnəyinin rəhbəri və Əl-Mustafa Quran və Hədis Ali Təhsil Kompleksinin müdiri Höccətül-İslam Məhəmməd Əli Rzai İsfahani, Daxili İşlər Nazirliyinin Strateji Araşdırmalar və Təhsil Mərkəzinin elmi işlər üzrə vitse-prezidenti Meysəm Əlipur, Milli Müdafiə və Strateji Araşdırmalar İnstitutunun elmi heyətinin üzvü və Universitetin gələcək tədqiqat mərkəzinin rəhbəri Mehdi Əhmədian və bu toplantıda Şəhid Rəcai Universitetinin İlahiyyat və İslamşünaslıq Departamentinin ustadı və direktoru Aynullah Xadimi çıxış edib.

Quran sərgisinin beynəlxalq bölməsində indiyədək 5 toplantı keçirilib. Bu gün keçirdiyimiz toplantı 6-cı toplantıdır.

4132407

captcha