
İmam Əlinin (ə) hicri 40-cı (miladi 661) ili ramazan ayının 19-u sübh çağı Kufə məscidinin mehrabında onun şəhadətinə səbəb olan zərbətlənməsi İslamın ictimai tarixində heç vaxt bir anlıq və qəfil baş verən bir hadisə deyildi. Həqiqətdə, İmam Əlinin (ə) zərbətlənməsi İslamın ictimai tarixində bu günə qədər davam edən davamlı bir hərəkat kimidir.
Həzrət Peyğəmbərin (s) vəfatından sonra ardıcıl olaraq baş verən hadisələr və ictimai hərəkatlar Qurani-Kərimin dəyərlərinin zəifləməsinə və hətta silinməsinə və bəzi cahiliyyət dövrünün dəyərlərinin dirçəlməsinə səbəb oldu. Məhz belə bir mühitdə İmam Əli (ə) zahiri xilafətə rəhbərlik etdiyi halda, hicri 35-40-cı illər arasında getdikcə daha da tənhalaşdı və nəhayət, sağ qalan xəvariclərdən biri tərəfindən şəhid edildi.
Biz o dövrün İslam cəmiyyətində ən azı 4 böyük ictimai hərəkatı qeyd edə bilərik ki, onlar Həzrət Peyğəmbərin (s) vəfatından sonra tədricən İmam Əlinin (ə) məqamının epistemik və siyasi cəhətdən uzaqlaşdırılmasına zəmin hazırladılar və nəhayət, onun qətlinə səbəb oldular.
Birinci hərəkat: əhdi pozanlar (Nakisin)
Ruhiyyə baxımından Nakisin pul həvəskarları, tamah sahibləri və ayrıseçkiliyin tərəfdarları idi. Bu ictimai hərəkat İmam Əliyə (ə) beyət edirdi, lakin onlar sərvət bölgüsündə İmamın ədaləti və hökumətdə sadə insanların işə götürülməsində həssaslığı ilə qarşılaşdıqda anladılar ki, onların Ələvi hökumətində hökmranlıq etmək üçün yerləri yoxdur. Buna görə də onlar bir ordu toplayıb və hicri 36-cı ildə İslam tarixinin ən qanlı müharibələrindən birini etdilər.
İkinci hərəkat: Üsyançılar (Qasitin)
Müaviyə Şam valisi olaraq romalılar qarşısında İslam hökumətinin imicini qoruyub saxlamalı olduğu bəhanəsi ilə dəbdəbəli saraylar tikməyə, aristokratik həyat sürməyə üz tutmuşdu. O, müxaliflərinə qarşı qətl və cinayət törətməkdən, işgəncə və ayrı-seçkilik etməkdən çəkinməmişdi. Şamda azğınlıq hərəkatının lideri sayıla biləcək Müaviyə əhd-peymanı pozanları qızışdırır, onlara maddi dəstək verirdi.
Üçüncü hərəkat: Dindən çıxanlar (Mariqin)
Bu qrupun ruhiyyəsi "əsassız əsəbilik, küfr və təhlükəli cəhalət ruhiyyəsi" idi. Mariqin İmam Əlinin (ə) hakimiyyətinin mərkəzi olan İraqda qüdrəttələblik edir, təkfirçilik edərək insanların malını və canını alırdılar. İŞİD-in və sələfiliyin atası sayılanlar, insanları asanlıqla təkfir edib, onlara zülm edirdilər. Təhlükəli Mariqin hərəkatı hicri 38-ci ildə Nəhrəvan döyüşündə ağır məğlubiyyətə uğradı, lakin “Əbdürrəhman ibn Mülcəm Moradi” bu müharibədən sağ çıxdı və İmam Əlinin (ə) öldürülməsinə hazırlıq gördü.
Dördüncü hərəkat: İkiüzlülük
Kufədəki nifaq hərəkatı insanları gizli şəkildə İmam Əliyə (ə) qarşı çıxmağa təşviq edirdi. Xüsusən də İmam Əli (ə) hicri 40-cı ilin Ramazan ayında Müaviyə ilə yenidən müharibə etmək üçün ordu hazırlamışdı. Əşəs buna meylli idi ki, İmamın (ə) və İslam ümmətinin Müaviyə ilə qarşılaşacağı bu iradə yarımçıq qalsın.
Uzun illər möminlərin ağası və rəhbəri Əli (ə) və onun əxlaqi dəyərlərinə zərbə vuran bu ictimai hərəkatlar nəhayət insanların ən bədbəxti adlandırılan bir şəxsin hücumu ilə zirvəyə çatdı. İmam Əliyə (ə) qarşı düzülən bütün hərəkatlar başqa formatlarda da yenidən yaranıblar. Sanki tarixdə İmamət məqamına hücum hərəkatını davam etdirirlər.
3898560