
"İQNA", xəbər verir ki,Tacik dili Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) 22-ci dili olaraq, bu gün, mayın 14-də Ali Məqamlı Rəhbərin dəftərinin beynəlxalq müavini Ayətullah Möhsün Quminin, akademik cihadın rəhbəri Həsən Müslümi Nayininin və Ali Məqamlı Rəhbərin dəftərinin kommunikasiya və beynəlxalq məsələlər üzrə müavini Seyyid Mehdi Müstəfəvinin iştirakı ilə açılıb.
Ayətullah Möhsün Qumi "İQNA" xəbər agentliyini ziyarət edib. O, bu medianın işləməsi və fars dilində məzmunun hazırlanması, yayımlanması və bu medianın digər dillərinə tərcümə üçün xəbərlərin seçilməsi yolu il tanış olub. Həmçinin ziyarəti əsnasında "İQNA" xəbər agentliyinin 22-ci dili olaraq tacik dilinin açılışını edib.
Quran Beynəlxalq Xəbər Agentliyi xəbərlərin xarici dillərə tərcüməsini özünün böyük bir missiya hesab edir. Habelə inanır ki, Quran xəbərləri İslam xalqları və dünya müsəlmanları arasında birləşdirici rol oynaya biləcək bir mövqeyə çata bilər. Necə ki, Quranın özü də müsəlmanların can damarıdır.
4140719