"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Avropa İttifaqı bu gün səhər şənbə günü, iyulun 10-da verdiyi bəyanatda deyib: "Quran və ya digər müqəddəs kitabların yandırılması təhqiramiz, hörmətsiz və açıq şəkildə təxribatdır".
Avropa Birliyi vurğuladı: "Avropada irqçilik, ksenofobiya və başqalarına qarşı dözümsüzlüyün təzahürlərinə yer yoxdur".
Bəyanat belə davam edir: "Müsəlmanların Qurban bayramı zamanı belə bir hərəkətin edilməsi çox təəssüf doğurur".
Eyni zamanda, Avropa İttifaqı diplomatik qurumlara hücumu rədd edərək, sakitliyə və səbirli olmağa çağırıb.
Qurban bayramında isveçli ekstremist Stokholmun mərkəzi məscidində Qurani-Kərimin nüsxəsini yandırıb. Bu, dünyanın hər yerində qəzəb və qınaq dalğası ilə müşayiət olunub.
Amma heç bir Avropa ölkəsi bu cinayəti qınamayıb. İsveçin baş naziri bu ölkədə polisin icazə verdiyi mitinqdə ölkəsinin Qurani-Kərimin təhqir olunmasına ilk reaksiyasında Quranın yandırılmasını qınamadan, sadəcə olaraq sülh çağırışı edib və yalnız ölkəsinin Bağdadda səfirliyinə hücumu qəbuledilməz hesab edib.
4151577