"İQNA", "Əl-Məsdər"-ə istinadən xəbər verir ki, Şənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə irqçiliyə qarşı xəbərdarlıq edib və deyib: "Qərb hələ də özünü bütün bəşəriyyətdən üstün hesab edir".
Lavrov Avropa diplomatik xidmətinin rəhbəri Xosep Borrelin təhqiramiz sözlərinə toxunub və açıq şəkildə deyib: "Avropa meşə ilə əhatə olunmuş bağdır".
Rusiya XİN rəhbəri vurğulayıb: "Burrell bu “bağda” islamafobiya və bütün dünya dinlərinin qədim dəyərlərinə qarşı dözümsüzlüyün digər formalarının yayılmasından utanmır".
O əlavə etdi: "Quranı yandırmaq, Tövratı təhqir etmək, pravoslav ruhanilərini təqib etmək və dindarların hisslərini incitmək Avropada adi və geniş yayılmış bir haldır.
Xatırladaq ki, Borrell demişdi: "Avropa İttifaqı yırtıcılar arasında otyeyən heyvan olaraq qalır, lakin Ukraynadakı münaqişəyə görə oyanmalıdır".
4170836