IQNA

Danimarkada Qurana hörmətsizliyi qadağan edən qanun layihəsi müzakirə olunub

2:57 - November 16, 2023
Xəbər sayı: 3494998
KOPENHAGEN (İQNA) - Danimarka parlamenti dini müqəddəslərin təhqir edilməsini cinayət hesab edən qanun layihəsini araşdırmağa başlayır. Qanun layihəsinə görə, müqəddəs kitabları təhqir edənləri iki ilədək həbs cəzası gözləyir.

"İQNA", "Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, qanun layihəsi çərşənbə axşamı parlamentdə nəzərdən keçirilib.

Danimarka hökuməti çoxsaylı Quran yandırma hadisələrindən sonra ölkənin müsəlman dünyası ilə münasibətlərində yaranan gərginliyin Danimarkanın milli təhlükəsizliyinə təhdid yaratdığını açıqlayıb.

Danimarka parlamentinin saytındakı mətnə ​​görə, qanun layihəsi Danimarkada “dini məsələlərə uyğun olmayan rəftar”ı qadağan edir. Cinayətkarlar iki ilə qədər həbs cəzası ala bilərlər.

Danimarka polisinin statistikasına görə, bu il iyulun 21-dən oktyabrın 24-dək Danimarkada 483 kitab və ya bayraq yandırma hadisəsi qeydə alınıb.

Danimarka üçün artan təhlükəni əsas gətirən ədliyyə naziri Peter Hummelgaard oktyabr ayında təklif olunan dəyişikliklərin qanunu polis və məhkəmələr üçün asanlaşdıracağını söylədi.

2006-cı ildə Məhəmməd Peyğəmbəri (s) təhqir edən karikaturaların çəkilməsindən sonra müsəlman dünyasında Danimarka əleyhinə qəzəb dalğası başlayıb.

Çərşənbə axşamı günü keçirilən iclasdan sonra təklif olunan qanun layihəsi komitə tərəfindən oxunmalı, sonra növbəti iki iclasa təqdim edilməli və yekun səsvermə keçirilməlidir.

Son bir neçə ay ərzində müxtəlif səfirliklərin, o cümlədən Danimarka, İsveç və Hollandiyadakı müsəlman ölkələrini təmsil edən səfirliklərin qarşısında Qurani-Kərimin təhqir olunması ilə bağlı bir sıra hadisələr baş verib.

Bu hərəkətlər qəzəbin artmasına və bu ölkələr arasında diplomatik münasibətlərin pisləşməsinə səbəb oldu.

4181740​

captcha