IQNA

Taylandın Baş naziri Quran nüsxələrinin qorunma mərkəzini ziyarət etdi

10:16 - March 03, 2024
Xəbər sayı: 3495556
İQNA - Taylandın baş naziri Srettha Thavisin ölkənin cənubundakı müsəlman əyalətlərinə səfəri çərçivəsində Narathiwat İslam İncəsənəti Muzeyini və Quranın qədim nüsxələrinin yerləşdiyi mərkəzi ziyarət edib.

"İQNA", Tailand xəbər agentliyinə istinadən xəbər bildirir ki, ölkənin baş naziri Srettha Thavisin Taylandın cənub əyalətlərinə səfərinin üçüncü günündə Narathivatdakı mədəniyyət, incəsənət və islami məkanları ziyarət edib. Cənubi Taylandın aparıcı İslam mərkəzlərindən biri olan və Taylandın baş nazirinin xüsusi heyətlə ziyarət etdiyi İslam İncəsənət Muzeyi Quranın xüsusi qədim nüsxələrinin qorunduğu mərkəzdir.

Taylandın Mədəniyyət Nazirliyi və Cənub Əyalətlərini İdarəetmə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində yaradılan bu mərkəzdə İslam və Quran elmləri də tədris olunur. Mərkəzdə yaşı 100 ilə 800 arasında dəyişən 70 qədim Quran var.

Taylandın baş naziri bu mərkəzə səfəri zamanı qədim Quran əlyazmalarının bərpası və saxlanmasına cavabdeh olan iki məsul şəxslə söhbət edib, bərpa və texniki xidmət haqqında məlumat alıb.

4202986

captcha