"İQNA", Fələstinin "Vəfa" xəbər agentliyinə istinadən bildirir ki, Şimal-Qərb Universitetinin tələbələri universitet rəhbərliyinin nümayişçilərin İsraillə investisiyaların və əlaqələrin dayandırılması tələblərinə cavab verməməsinə etiraz olaraq məzuniyyət mərasimini boykot ediblər.
Həmçinin Çikaqoda universitetin illik məzuniyyət mərasimində kütləvi tədbir keçirilib və son 8 ayda Qəzza zolağında şəhid olan tələbələrin adları açıqlanıb.
Tələbələr Fələstin xalqı ilə həmrəylik mesajı olan pankartlar daşıyaraq universitet rəhbərliyinin xəbərdarlıq və təzyiqlərinə qarşı olduqlarını bildiriblər.
Aprelin 18-də Nyu-Yorkdakı Kolumbiya Universitetində tələbələr və alimlər oturaq etiraz aksiyası keçiriblər. Onlar hökumətdən İsrail universitetləri ilə akademik əməkdaşlığa son qoymağı və sionist tərəfdarı olan şirkətlərin sərmayələrini geri çəkməyi tələb ediblər.
Bu tələbə etirazları Fransa, İngiltərə, Almaniya, Kanada və Hindistan kimi ölkələrə də yayılıb. Etirazlarda Qəzzada müharibənin dayandırılması və şirkətlərin boykot edilməsi tələb edilib.
Amerika universitetlərində sionist rejimə qarşı etirazlar bu universitetlərdən bəzilərinin sionistlərlə əməkdaşlığına son qoymasına səbəb olub.
4220868