"İQNA", "Əl-Ehram" saytına istinadən xəbər verir ki, Hindistanın baş müftisi Misir mətbuatına verdiyi müsahibədə bildirib: "Hind müsəlmanları heç bir məhdudiyyət olmadan, öz din və mədəniyyətlərinə uyğun olaraq, başqa dinlərin nümayəndələri ilə müharibə və münaqişə olmadan yaşayırlar".
Şeyx Əbu Bəkr bildirib ki, Hindistanda müsəlmanlar özləri məscid və məktəblər tikib, azan oxunub və heç kim onlara mane olmayıb.
Müfti həmçinin əlavə edib ki, Hindistanın bir çox ştatlarında dini məktəblərdə İslam təlimlərinin tədrisinə icazə verilir.
Hindistanın müftisi Şeyx Əbu Bəkr Məsliyar bildirib ki, “Hindistan Konstitusiyası müxtəlif dinlər və məzhəblər üçün din azadlığına zəmanət verib. Hər bir dinin ardıcılları öz inanc və mədəniyyətlərinə uyğun yaşamaq azadlığına malikdirlər”.
Hindistan müftisinin bu açıqlamaları Hindistanda müsəlmanların ağır vəziyyəti və hakim sağ partiyanın bu ölkədə müsəlmanlara tətbiq etdiyi məhdudiyyətlər barədə xəbərlərin yayıldığı bir vaxtda söyləməsi ilə diqqət çəkir.
4229880