"İQNA"-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, İsrailin 12 televiziya kanalı rejim dairələrinin qiymətləndirmələrinə əsaslanaraq Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) yaxın vaxtlarda baş nazir Benyamin Netanyahunun və İsrailin müdafiə Naziri Yoav Galantın həbsi barədə qərar çıxaracağını bildirib.
Bu xəbərə əsasən, Netanyahu və qondarma sionist rejimin ədliyyə naziri Haaqa məhkəməsinin hökmünün çıxarılmasının qarşısını almaq üçün rejimin hüquq müşavirindən cinayət təhqiqatına başlamasını istəyiblər.
Kanal 12 vurğulayıb ki, sionist rejimin hüquq müşaviri Netanyahu və qondarma ədliyyə nazirinin təklifini heç bir əsas olmadığı üçün qəbul etməyib. Həmçinin saxta və yalan istintaqa başlamağa hazır olmadığını vurğulayıb.
4236212