IQNA

İsrail işğalçıları fələstinli kəndlilərə hücum edərək onların suya çatmasına mane olublar

9:57 - September 22, 2024
Xəbər sayı: 3496721
İQNA – Fələstin torpaqlarını qəsb edən israilli gəlmələr işğal altındakı İordan çayının qərb sahilinin şimalında fələstinli kənd camaatına hücum edərək kəndlilərin oradakı bulaqdan su almasına mane olublar.

Bədəvi Hüquqlarını Müdafiə Təşkilatından (BEYDER) edilən yazılı açıqlamada, İsrail ordusunun himayəsində olan bir qrup israilli gəlmələrin Nablus vilayətinin şərqindəki Beyt Furik bölgəsində yerləşən Hirbetu Tanaya hücum etdiyi və camaatın oradakı qaynaqdan içməli su ala bilməsinin qarşısının alındığı bildirilib.
Açıqlamada, qəsbkar gəlmələrin fələstinlilərin Hirbetu Tana yaxınlığındakı Əynəl-Fəvqə mənbəyinə çatmasına mane olduğu və son günlərdə Əynəl-Təhtə mənbəyinə nəzarəti ələ keçirdikləri bildirilib.
Təşkilatın bəyanatında qeyd olunub ki, İsrailli gəlmələr illərdir qoyun çobanlarını, fermerləri və torpaq sahiblərini sudan faydalanmaqdan məhrum edib, qoyun saxlayanların köç etməsinə səbəb olub.
TRT

captcha