IQNA

Əl-Əzhər musiqi ilə müşayiət olunan Quran tilavəti videolarının yayımlanmasına qarşı xəbərdarlıq edib

11:37 - September 23, 2024
Xəbər sayı: 3496735
İQNA – Misirin Əl Əzhər və Darul-İftasi Quran qiraəti kliplərinin musiqi ilə yayımlanmasının bu müqəddəs kitaba təhqir sayılacağı üçün qadağan olunduğunu bildirib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Əl-Əzhər anti-ekstremizm rəsədxanası bu yaxınlarda Quran hekayələrinin təqdimatında yenilikçi olduğunu iddia edərək, qərb musiqisindən istifadə edilməklə müqəddəs ayələrin oxunduğu “Quran nəğmələri” adlı yeni fenomenin yayıldığını qeyd edib. O, bu kliplərin süni intellektdən istifadə edərək anonim hesablar vasitəsilə yaradıldığını izah edib.
Əl-Əzhər Rəsədxanası Qurani-Kərimin Allahın kəlamı və Onun əbədi möcüzəsi olduğunu və onu musiqi ilə oxumağın haram olduğunu vurğulayıb.
Əl-Əzhər Rəsədxanası bildirib ki, bu hadisələr Qurani-Kərimi və müsəlmanları hədəf alan, Quranı yandırmaq və onun ayələrini təhrif etməyə cəhd kimi hücumlar dalğasının bir hissəsidir.
Rəsədxana, həmçinin Qurani-Kərimi musiqinin müşayiəti ilə oxumaqdan çəkindirərək, xüsusilə Misirin məşhur qarilərinin gözəl səsləri ilə Quran oxumağın böyük irsə təhqir olduğunu qeyd edib.
Bundan əlavə, Əl-Əzhər Rəsədxanası ölkənin qanunverici orqanından dini və müqəddəs mətnlərdə süni intellektin istifadəsi ilə bağlı yeni qanunlar qəbul edərək, dinləri təhqir etməyi cinayət hesab edən qanunlar qəbul etməyi istəyib.
Misirli Darul-İfta bu kliplərin təbliğatının qanuni olaraq qadağan edildiyini və bu kliplərin izlənilməsinin mövhumat və pis fikirlərin yayılmasına kömək etdiyini vurğulayıb.
Bu təşkilat müsəlmanlardan bu klipləri yayan kanalları xəbər vermələrini istəyib.
O, Misirin Darül-İftasında Qurani-Kərimi musiqi ilə oxumağın haram olduğunu vurğulayıb.
4237787

captcha